05 Mart 2026, 12:22
FUTBOL
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Neymaarla bağlı fikrini dəyişib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis "Santos"un futbolçusunu yığmaya çağıracaq. Bu barədə UOL məlumat yayıb.
Ançelotti "Real"da çıxış edən Rodriqo zədələndikdən sonra bu qərarı verib. 34 yaşlı vinger "sambaçılar"ın martın sonunda Fransa və Xorrvatiya ilə keçirəcəyi yoxlama oyunlarında heyətdə olacaq.
Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda 79 qol vurub, 59 qol ötürməsi edib.












