Rodriqonun sağ dizinin ön çarpaz bağları qopub. 25 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Real"ın futbolçusu Rodriqo sıradan çıxıb.

Matc.az xəbər verir ki, braziliyalı vinger İspaniya La Liqasının 26-cı turunun "Xetafe" ilə oyununda zədələnib.

Rodriqonun sağ dizinin ön çarpaz bağları qopub. 25 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Braziliya millisinin üzvünün yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi deməkdir.

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest