Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının 16-cı turunun Portuqaliya təmsilçisi Benfika ilə İspaniyanın "Real" komandaları arasında keçirilən ilk oyununda intizam qaydalarının pozulmasını araşdırmaq üçün etika və intizam müfəttişi təyin edib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müfəttiş oyun zamanı irqi ayrı-seçkilik davranışını araşdıracaq.
Ötən gün Lissabonda baş tutan matçda "Real" 1:0 hesabı ilə qələbə qazanıb. Oyunun yeganə qolu vuran Vinisius "Benfika" azarkeşlərinə tərəf qaçıb və onlara qarşı təxribatçı jestlər edib. Daha sonra Vinisius hakimə irqi təhqir barədə şikayət edib.
İspaniya mediasının məlumatına görə, "Benfika" yarımmüdafiəçisi Canluka Prestianni Vinisiusa qarşı irqçi təhqir etmiş ola bilər.
Qarşılaşmada oyun 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda Portuqaliya klubunun azarkeşləri Vinisiusa və digər "Real" oyunçularına şüşə və elektron siqaretlər də daxil olmaqla müxtəlif əşyalar atıblar.












