14 Fevral 2026, 16:15
FUTBOL
"Tottenhem" İqor Tudorun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, xorvatiyalı mütəxəssis cari mövsümün sonuna qədər ingilis klubuna rəhbərlik edəcək.
Qeyd edək ki, 47 yaşlı məşqçi London klubuna təyin olunmazdan əvvəl "Yuventus", "Latsio", "Marsel" və "Verona" kimi klubları çalışdırıb.












