13 Fevral 2026, 16:40
FUTBOL
"Bavariya" Dayo Upamekanonun mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Fransa millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












