"İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatını buraxa bilər. Onun qərarı fiziki hazırlığından asılı olacaq.

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatını buraxa bilər. Onun qərarı fiziki hazırlığından asılı olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" paylaşıb.

Bildirilir ki, argentinalı futbolçu MLS-in yeni mövsümünə hazırlaşır və bu yay mundialda iştirak edə bilər, lakin onun oynayacağına dair heç bir zəmanət yoxdur.

"İnter Mayami"nin hücumçusu dünya çempionatını buraxmağı düşünür. Messi 100% fiziki hazırlıqda olmadığını hiss edərsə, oynamayacaq. O, MLS səviyyəsinin kifayət qədər yüksək və ya rəqabətədavamlı olmadığını, buna görə də ideal formda olmaq istədiyini qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda onun sol budundan zədə aldığı bildirilib. Messi hazırda tədricən fiziki hazırlığını bərpa edir və komanda ilə məşqlərə qayıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest