"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtua karyerasında ən yaxşı seyvinin hansı hesab etdiyinə cavab verib.

Matc.az xəbər verir ki, o, ən yaxşı seyvini Çempionlar Liqasında etdiyini deyib.

"2022-ci il Çempionlar Liqasının finalında "Liverpul"a qarşı oynanılan oyunda, Manenin zərbəsi idi. O, mərkəz yönəldi, mən isə sola addımladım, sonra zərbəni bloklamaq üçün bütün müvazinətimi sağa çəkməli oldum. Bu, inanılmaz dərəcədə çətin idi, topa çətinliklə toxundum və top dirəyə dəydi", - deyə Kurtua bildirib.

Qeyd edək ki, 2021/2022 Çempionlar Liqasının finalında "Real" "Liverpul"u 1:0 hesabı ilə məğlub edib. Kurtua həmin matçda 9 seyvlə yadda qalıb. Qarşılaşmanın yeganə qolunu 59-cu dəqiqədə Vinisius Junior vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest