13 Fevral 2026, 17:58
FUTBOL
Tomas Frankla yollarını ayıran "Tottenhem"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Matc.az xəbər verir ki, London təmsilçisi İqor Tudorla anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, İqor Tudorun son iş yeri "Yuventus" olub. 47 yaşlı çalışdırıcı 2025-ci ilin oktyabrında istefaya göndərilib.


_1771007885.jpg)









