14 Fevral 2026, 15:50
FUTBOL
"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordonla maraqlanır. Lakin hazırda "mersisaydlılar" 24 yaşlı cinah oyunçusu uğrunda mübarizədə liderlik edir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, "sağsağanlar" Qordonu buraxmaq istəmirlər və təxminən 85-95 milyon funt-sterlinq (97,7-109,2 milyon avro) təklif alınana qədər danışıqlara başlamayacaqlar.
Qeyd edək ki, Qordon 2023-cü ilin yanvar ayından "Nyukasl"da çıxış edir. Bu mövsüm hücumçu bütün yarışlarda 34 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.












