Üç aydır zədəli olan Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Kayzerslautern"də məşqlərə başlayıb.

Üç aydır zədəli olan Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Kayzerslautern"də məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, o, komandasının ümumi hazırlıqlarında iştirak edir. 

28 yaşlı futbolçu ötən ilin noyabrın əvvəlindən "Herta"ya qarşı Almaniya II Bundesliqasının matçında zədələnmişdi. Emrelinin sabah "Qroyter"ə qarşı oyunda iştirak edib-etməyəcəyi isə məlum deyil.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Kayzerslautern"də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest