Kilian Mbappenin diz problemi səbəbindən "Real Sosyedad"a qarşı oyunu buraxa biləcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

Matc.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa bununla bağlı açıqlama verib.

"Mbappe yaxşıdır. O, bütün heyətlə çalışdı və sabah oynamağa hazırdır", - deyə Arbeloa bildirib.

Qeyd edək ki, La Liqanın 24-cü turunun "Real" - "Real Sosyedad" oyunu fevralı 14-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest