"Real"ın baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Daniel Karvaxal ilə bağlı açıqlama verib.

Matc.şaz xəbər verir ki, Arbeloa fikir ayrılıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

"Komandadakı bütün oyunçularla olduğu kimi, Karvaxalla da fərdi danışmağı xoşlayıram. Onların nə hiss etdiklərini və nə düşündüklərini bilmək mənim üçün vacibdir. Karvaxal getdikcə daha da yaxşılaşır. O, əla bir həftəlik məşq keçirdi. Məni ən çox onun ən yaxşı səviyyəsinə yaxınlaşması maraqlandırır. O, bunu oyunu ilə sübut etməlidir", - Sport.es Arbeloanın sözlərini sitat gətirir.

Xatırladaq ki, mətbuatda Arbeloanın Karvaxalla ünsiyyət qurmadığı, futbolçuya ehtiyat oyunçular skamyasında niyə qaldığını izah etməməsi ilə bağlı xəbərlər yer alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest