"Bayer" Srvena Zvezda"nın hücumçusu Aleksa Damyanoviçi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Leverkuzenlilər 17 yaşlı forvard üçün Serbiya klubuna 5 milyon avro təzminat ödəyib. Gənc futbolçu yayda "Bayer"in düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Serbiya U-19 millisinin üzvü olan Aleksa Damyanoviç bu mövsüm Belqrad təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest