"Real"ın hücumçusu Kilian Mbappenin atası Vilfrid Mbappe oğlunun futbolda uğur qazanmaq üçün verdiyi fədakarlıqlar barədə danışıb.
Matc.az xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb.
"Uşağınız futbol oynayarkən etməli olduğunuz fədakarlıqlardan danışırsınız. Mən Kilian Mbappenin 12 və ya 13 yaşında evdən getdiyini gördüm. İnsanlar bunu anlamırlar. Əvəz edə bilməyəcəyimiz çox şey var. Etmədiyimiz çox şey var. Günümüzdə 13 və ya 14 yaşında uşağı olan kim onları itirməyərazı olar? Heç kim!
"Oğlum 13 yaşında evdən çıxdı və bir daha geri qayıtmadı!" deyə biləcək ata və ya ana yoxdur. Bizim başımıza gələn də budur. Bu, onların layihəsidir, gözəl bir hekayədir və sair, amma həqiqət budur ki, mən bunu bəzi valideynlərə izah edəndə... onlar başa düşmürlər", - deyə Mbappenin atası açıqlama verib.












