12 Fevral 2026, 20:52
FUTBOL
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş "Neftçi" – "Qarabağ" oyunu təxirə salınıb.
Matc.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"ı fevralın 18-də qəbul edəcək.
Komandalar arasında baş tutacaq cavab oyunu isə fevralın 24-də keçiriləcək.










_1770918220.jpg)
_1770917062.jpg)
