Tomas Frankla yollarını ayıran "Tottenhem" baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Matc.az xəbər verir ki, London təmsilçisinin gündəmində olan mütəxəssislərdən biri Xavi Ernandesdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa klubu yaxın zamanda ispaniyalı məşqçi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Xavinin son iş yeri "Barselona" olub. 46 yaşlı çalışdırıcı 2024-cü ilin yayında La Liqa nəhəngindən ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest