Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəza alıb. Rusiyalı mütəxəssisin davranışına görə klub 10000 manat cərimələnib.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"Qəbələ" “Sabah”la oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.
“Kəpəz”lə oyunun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Klub 2500 manat cərimə edilib. Eyni matçın 64-cü dəqiqəsində tovuzluların baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəza alıb. Rusiyalı mütəxəssisin davranışına görə klub 10000 manat cərimələnib.











_1693390777.png)
