10 Fevral 2026, 14:41
FUTBOL
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Mançester Siti" yayda İngiltərə millisinin üzvünü transfer etmək istəyir. "Şəhərlilər" 23 yaşlı futbolçu üçün onun klubuna 100 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, Elliot Anderson bu mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 31 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.












_1770737324.png)