09 Fevral 2026, 13:43
FUTBOL
"Everton"un yarımmüdafiəçisi Kirnan Dyusberi-Holl Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Siti" ingiltərəli futbolçunu transfer etmək istəyir. "Şəhərlilər" 27 yaşlı oyunçu üçün yayda 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Kirnan Dyusberi-Holl bu mövsüm "Everton"un heyətində keçirdiyi 19 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.












