Şotlandiyanın "Seltik" klubu ingilis yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen ilə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi daha 1 il müddətinə uzadılma imkanı ilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Oksleyd-Çemberlen son olaraq Türkiyənin "Beşiktaş" klubunda oynayıb və 2025-ci ilin yayında komandadan ayrılıb.

Təcrübəli yarımmüdafiəçi İngiltərə milli komandasında 35 oyun keçirib və 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest