07 Fevral 2026, 11:16
FUTBOL
"Beşiktaş" "Vulverhempton"un mərkəz müdafiəçisi Emmanuel Aqbadunun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə klubunun məıtbuat xidməti yayıb.
Bildirilir ki, 28 yaşlı kot-d'ivuarlı futbolçu İstanbul klubu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb. Transferin dəyəri 18 milyon avro təşkil edib. Müqavilənin baş tutması üçün oyunçunun İngiltərə klubundakı maaşının bir hissəsindən imtina etdiyi qeyd edilir.
Qeyd edək ki, Aqbadou 2025-ci ilin yanvar ayından "Vulverhempton"da oynayır. O, Fransanın "Reyms" klubundan 20 milyon avroya transfer olunub. Müdafiəçi "Vulverhempto"da 35 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.












