"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Matc.az xəbər verir ki, İspaniya çempionu Hamza Abdelkarimin transferi üçün "Əl-Əhli" ilə razılıq əldə edib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi Misir U-17 millisinin üzvünü 5 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, 18 yaşlı Hamza Abdelkarim bu mövsüm "Əl-Əhli"nin heyətində 8 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest