20 Yanvar 2026, 16:25
FUTBOL
"Fulhem" "Mançester Siti"nin futbolçusu Oskar Bobbu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu norveçli vinger üçün şəhərlilər"ə 40 milyon avroluq təklif göndərib. Klublar arasında müzakirələr davam edir.
Qeyd edək ki, Oskar Bobb bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.












