18 Yanvar 2026, 17:41
FUTBOL
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Nani, 2024-cü ilin dekabrında karyerasını başa vuracağını elan etsə də, Qazaxıstanın "Aktobe" klubuna keçməyə yaxındır.
Matc.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçu bütün müqavilə şərtlərini qəbul edib və peşəkar karyerasına davam edəcək.
Nani "Mançester Yunayted"də oynadığı vaxtlarla daha çox tanınıb. O, 2008-ci ildə Çempionlar Liqasını və 4 Premyer Liqa çempionluğu titulunu qazanıb. Həmçinin o, həmçinin 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub.












