"Fənərbaxça" "Gələcəyə ümid" adlı sosial proqrama başlayıb. Layihənin bir hissəsi olaraq, əsas heyət oyunçularının maaşlarının 1%-i aztəminatlı ailələrdən olan uşaqlara kömək üçün bağışlanacaq.
Matc.az xəbər verir ki, İstanbul klubu bu təşəbbüsü rəsmi sosial media hesabları vasitəsilə elan edib.
Klub həmçinin transfer bazarında qəti mövqe tutub: layihəni dəstəkləmək və ianələrdə iştirak etmək istəməyən oyunçularla danışıqlar aparılmayacaq. Proqramın hazırkı komanda heyətinə təsir edib-etməyəcəyi hələlik dəqiqləşdirilməyib.
"Fənərbaxça"nın bir neçə oyunçusu artıq təşəbbüsü açıq şəkildə dəstəkləyib və sosial mediada klub bəyanatı paylaşıb. Onların arasında Matteo Guendouzi, Ederson, Marko Asensio, Milan Şkrinyar, Taliska, Kerem Aktürkoğlu, Edson Alvares, Nelson Semedo, Fred və Arçi Braun da var.








_1768728774.jpg)


