"Fənərbaxça" hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda oynayan 34 yaşlı yarımmüdafiəçi Nqolo Kanteyə rəsmi təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə talkSPORT məlumat yayıb.

Bildirilir ki, Kante "Fənərbaxça"nın təklifini nəzərdən keçirməyə hazırdır.

Kante 2023-cü ildə "Əl-İttihad"a "Çelsi"dən azad agent kimi keçib. O, Səudiyyə Ərəbistanı klubunda 100 oyunda iştirak edib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kantenin "Əl-İttihad"la hazırkı müqaviləsi bu yay başa çatır. "Transfermarkt"da onun dəyəri 4,5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest