10 Yanvar 2026, 19:29
FUTBOL
"Zenit" və "Kruzeyro" braziliyalı yarımmüdafiəçi Santos Jersonun transferi ilə bağlı prinsipial razılığa gəliblər.
Matc.az xəbər verir ki, bu barədə Sankt-Peterburq komandasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Jerson 13 iyul 2025-ci ildə Rusiya klubuna qoşulub. Braziliyalı yarımmüdafiəçi Sankt-Peterburq klubunda 15 oyun keçirib və 2 qol vurub.
O, əvvəllər Braziliyanın "Fluminense" və "Flamenqo", İtaliyanın "Roma" və "Fiorentina" klublarında, eləcə də Fransanın "Marsel" klubunda oynayıb.












