09 Yanvar 2026, 14:37
FUTBOL
"Atletiko"nun hücumçusu Cakomo Raspadori ölkəsinə qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Roma" italiyalı forvardı heyətinə qatmaq istəyir. Paytaxt təmsilçisi Raspadori üçün İspaniya klubuna 2,5 milyon avroluq icarə haqqı təklif edib. Satınalma bəndi isə 19 milyon avro nəzərdə tutulub. "Roma" 25 yaşlı futbolçuya illik 4 milyon avro maaş ödəməyə hazırdır.
Qeyd edək ki, "Atletiko" Cakomo Raspadorini mövsümün əvvəlində "Napoli"dən transfer edib. İtaliya millisinin üzvü La Liqa nəhənginin heyətində keçirdiyi 15 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.












