“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda "Ayaks"ı qəbul edəcək.

Matc.az xəbər verir ki, qarşılaşma üçün artıq 27650 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest