14 Noyabr 2025, 15:42
FUTBOL
"Levante"nin hücumçusu Karl Etta Eyonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Arsenal" kamerunlu futbolçunu transfer etmək istəyir. London təmsilçisinin Eyonqun keçidini 40 milyon avroya yekunlaşdıracağı bildirilir.
"Arsenal" 22 yaşlı forvardı transfer etdikdən sonra onu mövsümün sonuna kimi hazırkı klubuna icarəyə verməyi planlaşdırır.
Qeyd edək ki, Karl Etta Eyonq bu mövsüm "Levente"nin heyətində keçirdiyi 12 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

_1763138608.jpg)










