13 Noyabr 2025, 18:18
FUTBOL
"Leypziq"in futbolçusu Yan Diomande Avropanın aparıcı klublarının başlıca transfer hədəfinə çevrilib.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumaat yayıb.
“Liverpul”, “Mançester Siti”, “Real”, “Barselona” və PSJ-nin skautları 18 yaşlı vingeri diqqətdə saxlamaq üçün Almaniya klubunun oyunlarını mütəmadi izləyirlər.
Cümə günü 19 yaşı tamam olacaq Diomande Bundesliqadakı ilk mövsümündə parlaq çıxış göstərir. Fil Dişi Sahili millisinin üzvü Bundesliqada keçirdiyi 10 oyunda 3 qol və 3 asistlə yadda qalıb.
“Leypziq” Diomandeni bu ilin yayında “Leqanes”dən 20 milyon avroya transfer edib. Onun müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.












