13 Noyabr 2025, 17:04
FUTBOL
Türkiyə Futbol Federasiyasının (TFF) mərc oyunlarında iştirak etdiyini açıqladığı futbolçuların cəzaları məlum olub.
Matc.az xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsinin cəza verdiyi oyunçular arasında Azərbaycan milli komandasının üzvü Mert Çelik də var.
Komitə hazırda "Sivasspor"da çıxış edən 25 yaşlı müdafiəçiyə 45 günlük futboldan uzaqlaşdırma cəzası verib.
Qeyd edək ki, Mert Çelik "Neftçi" və "Səbail"də çıxış edib. O, Azərbaycan yığmasının heyətində 1 oyunda iştirak edib.











_1693306721.png)
