Zinədin Zidan məşqçiliyə qayıdışı ilə bağlı suala münasibət bildirib.

Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Bu, tezliklə, çox yaxın zamanda baş verəcək” cavabı verib.

Hələ sentyabrın əvvəlində Zidan ilə Fransa Futbol Federasiyası arasında razılaşmanın əldə olunduğu barədə məlumat yayılmışdı. Razılaşmaya əsasən, o, 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra Fransa millisinin baş məşqçisi postunu tutacaq.

Zidan Fransa yığmasına rəhbərlik etmək imkanı naminə PSJ və “Bavariya” da daxil olmaqla bir neçə klubdan gələn maliyyə baxımından sərfəli təklifləri rədd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest