"Midlsbro" Rob Edvardsın gedişindən sonra yeni baş məşqçi axtarışına başlayıb.

Matc.az xəbər verir ki, Stiven Cerrard Çempionşip təmsilçisini çaslışdırmağa əsas namizəd kimi nəzərdən keçirilir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Namizədlər arasında həmçinin “Bornmut” və “Vulverhempton”un keçmiş çalışdırıcısı Qari O’Nil, eləcə də “Valensiya”dan Karlos Korberan yer alır.

Yekun qərarın gələn həftənin əvvəlində veriləcəyi gözlənilir.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2018–2021-ci illər aralığında “Reyncers” klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2020/21 mövsümündə çempion titulunu qazanaraq “Seltik”in illərlə davam edən hegemonluğuna son qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest