"Çelsi"nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasında "Qarabağ"la (2:2) oyunda futbolçuların həddindən artıq rotasiyası ilə bağlı İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runinin tənqidinə cavab verib.
Matc.az xəbər verir ki, o, problemin rotasiyada olmadığını deyib.
"Dəfələrlə demişəm ki, biz elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Mən buna hörmət edirəm, amma "Qarabağ"la oyundan sonra artıq demişəm ki, kluba gəldiyim gündən bəri rotasiyaya ehtiyac duyuram və heç kim matç qazana bilməməyimdən şikayət etməyib.
Düşünürəm ki, Andrey Santos (Braziliya millisi), Jorrel Hato (Niderland millisi) və Estevao (Braziliya millisi) rotasiyada olduqda, məsələ rotasiyada deyil. Onlar yaxşı, istedadlı və gəncdirlər. Əlbəttə ki, gənc oyunçulara inkişaf etmək üçün bir neçə səhv etmək imkanı verilməlidir", - deyə Mareska bildirib.












