"İnter"in futbolçusu Alessandro Bastoni Çempionlar Liqasında Qazaxıstanın "Kayrat" komandasına qarşı (2:1) oyun zamanı evi qarət edilib.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Oyun zamanı Bastoni "San Siro" stadionunda olarkən dörd nəfərdən ibarət dəstə onun evinə soxularaq yataq otağından saatlar və brend çantalar da daxil olmaqla müxtəlif əşyalar oğurlayıb.

Oğruların bir neçə dəqiqə ərzində içəri girib-çıxdığı bildirilir. Siqnalizasiya işə düşməsinə baxmayaraq, təhlükəsizlik və yerli polis əməkdaşları oğruları tutmaq üçün vaxtında gələ bilməyiblər.

Qeyd edək ki, Bastoni "Kayrat"a qarşı oyunu ehtiyat oyunçular skamyasında keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest