"Lill"in 39 yaşlı fransalı hücumçusu Olivye Jiru Fransa millisinə qayıdışı ilə bağlı gözləntiləri haqda danışıb.

Matc.az xəbər verir ki, təcrübəli futbolçu milliyə qayıtmaq fikrinin olmadığını deyib.

"Qayıtmaq istəyim yoxdur, mənə böyük şərəf verildi. Məni geri qaytarmaq üçün əsl mübarizə olmalıdır. Hazırda yığmada beş hücumçumuz var və məşqçi məni çağırmır. O, vaxtımın keçdiyini başa düşür. Əgər matç zamanı kömək etməliyəmsə, yığmadan getdyimi elan etsəm də, imtina etmək mənim üslubum deyil".

Qeyd edək ki, bu mövsüm futbolçu Liqa 1-də klubun heyətində altı oyuna çıxıb, iki qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest