"Monako"nun baş məşqçisi Adi Gütterin yerinə əsas namizədi müəyyən edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Avstriyalı mütəxəssisi tezliklə Sebastien Pokoqnoli əvəz edəcək.

O, hazırda "Union Saint-Gilluaz"ı çalışdırır. Məşqçi 2024-cü ildən Belçika klubundadır. Bu müddət ərzində komanda bütün yarışlarda 69 oyun keçirib, 39-da qalib gəlib, 15-də uduzub, 15-də isə heç-heçə edib.

Qeyd edək ki, "Monako" 7 turdan sonra 13 xalla Liqa 1-də 5-ci yerdədir. Çempionlar Liqasında isə Fransa komandası "Brügge"yə 4:1 hesabı ilə uduzub, "Mançester Siti" ilə 2:2 bərabərə qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest