Harri Keyn İngiltərə millisinin Uelsə qarşı yoldaşlıq və Latviyaya qarşı isə DÇ-2026-nın seçmə mərhələ matçını buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel ötən gün keçirdiyi mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, kapitanın yüngül zədəsi var. Buna görə də həkimlər "Bavariya"nın forvardının qarşıdakı görüşlərdə iştirakını məsləhət görməyib.

Qeyd edək ki, İngiltərə millisi oktyabrın 9-da Uelslə evdə, 14-də isə Latviya səfərdə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest