2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir komanda məlum olub.

Matc.az xəbər verir ki, Misir millisi mundialda iştirak etmək hüququ qazanıb.

Hossam Hassanın rəhbərlik etdiyi kollektiv DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin 9-cu turunda səfərdə Cibutini 3:0 hesabı ilə məğlub edib. Xallarını 23-ə yüksəldən komanda sona 1 tur qalmış ən yaxın izləyicisi Burkina Fasonu 5 xal qabaqlayır.

Qeyd edək ki, Misir tarixdə dördüncü dəfə dünya çempionatında çıxış edəcək. Əvvəlki iştiraklar 1934, 1990 və 2018-ci illərdə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest