Bu gün Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.

Matc.az xəbər verir ki, Emre Belözoğlu "Antalyaspor" ilə yollarını ayırıb.

45 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Belözoğlu bu ilin əvvəlindən "Antalyaspor"a baş məşqçisi təyin olunmuşdu. Antalya klubu çempionatında 8 turdan sonra 10 xal toplayaraq 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, bu gün digər Superliqa təmsilçisi "Kayserispor" da baş məşqçisi Markus Gidsolla yollarını ayırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest