07 Oktyabr 2025, 15:34
FUTBOL
Türkiyə millisinin sabiq üzvü Olcay Şahan məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis "1461 Trabzon"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc çalışdırıcı ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "1461 Trabzon" Türkiyə II Liqasında (səviyyəcə 3-cü) mübarizə aparır.












