07 Oktyabr 2025, 12:42
FUTBOL
"Kayserispor" baş məşqçi Markus Gidsolla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Alman mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Markus Gidsol mövsümün əvvəlində "Kayserispor"un baş məşqçisi təyin olunub. Komanda Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.












