"Barselona"nın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen İngiltərə Premyer Liqasının bir neçə komandasının maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Barça Universal" məlumat yayıb.

İngiltərə klublarından "Nyukasl", "Tottenhem" və "Mançester Yunayted"in qışda qapıçı ilə müqavilə imzalamaqda maraqlı olduğu bildirilir.

Lakin futbolçunun özü "Barselona"dan ayrılmaq istəmir. Qapıçı yayda aldığı zədəni sağaltdığı üçün hazırda yaşıl meydanlardan kənarda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest