Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilib.
Matc.az xəbər verir ki, ilk turun birinci oyun günündə 9 qarşılaşma baş tutub.
Türkiyənin "Fənərbaxça" klubunu Xorvatiya səfərində Zaqreb "Dinamo"su ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun digər 9 qarşılaşması sabah baş tutacaq.
Avropa Liqası
Liqa mərhələsi, I tur
24 sentyabr
"Midtyulland" (Danimarka) – "Şturm" (Avstriya) - 2:0
Qollar: Kristnsen, 7 (aq), Diao, 89
PAOK (Yunanıstan) – "Makkabi" (Tel-Əviv, İsrail) - 0:0
"Srvena Zvezda" (Serbiya) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Arnautoviç, 65 // İhenaço, 56
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Fənərbaxça" (Türkiyə) - 3:1
Qollar: Belyo, 21, 51. Bakrar, 90+5 // Şimanski, 25
"Malmö" (İsveç) – "Ludogorets" (Bolqarıstan) - 1:2
Qollar: Consen, 78 // Staniç, 8 (pen), Bill, 23
"Nitsa" (Fransa) – "Roma" (İtaliya) - 1:2
Qollar: Moffi, 77 (pen) // Ndiçka, 52, Mançini, 55
"Betis" (İspaniya) – "Nottingem Forest" (İngiltərə) - 2:2
Qollar: Bakambu, 15, Antoni, 85 // Cesus, 18, 23
"Braqa" (Portuqaliya) – "Feyenoord" (Niderland) - 1:0
Qol: Navarro, 79
"Frayburq" (Almaniya) – "Bazel" (İsveçrə) - 2:1
Qollar: Osterhage, 31, Eggesteyn, 57 // Otele, 84












