11 Sentyabr 2025, 11:59
FUTBOL
"Mançester Yunayted"dən ayrılan Kristian Eriksenin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
Eriksen "Volfsburq"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kristian Eriksen ötən mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 35 oyunda 5 qol vurub, 6 qol ötürməsi edib.