"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Atletiko" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Madrid nəhəngi 25 yaşlı vinger üçün qışda təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. O, "sarı-qırmızılar"ın əsas komandasının heyətində keçirdiyi 109 oyunda 18 qol vurub, 22 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest