01 Sentyabr 2025, 15:50
FUTBOL
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, komandaların oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı bəlli olub.
Qeyd edək ki, İslandiya - Azərbaycan matçı sentyabrın 5-də, Reykyavik şəhərindəki “Lauqardalsvollur” stadionunda keçiriləcək.
4 sentyabr
İslandiya milli komandası
15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:45. Mətbuat konfransı
Azərbaycan milli komandası
21:45. Mətbuat konfransı
22:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq