02 Avqust 2025, 11:08
FUTBOL
"Lion"un müdafiəçisi Due Çaleta-Kar "Real Sosyedad"a keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, San Sebastyan klubu 28 yaşlı xorvatiyalını 30 iyun 2026-cı ilə qədər 500 min avroya icarəyə götürüb. İspan klubunun bazar dəyəri 7 milyon avro olan futbolçunu almaq imkanı da var.
Qeyd edək ki, Çaleta-Kar əvvəllər "Sauthempton", "Marsel", "Zalsburq" və "Liefering"də çıxış edib. O, Xorvatiya millisində 33 oyun keçirib.