Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi kimi fəaliyyət göstərəcək.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis "Botafoqo"nu çalışdıracaq. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı məşqçi ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Ançelotti ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O. indiyə qədər atasının köməkçisi vəzifəsini icra edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest